BİZNES

11 Mart

Ötən il 128 ixtiraya patent verilib

Finss.az - 2024-cü ildə Əqli Mülkiyyət Agentliyinə ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı 310, o cümlədən ixtiraya dair 204, faydalı modelə dair 69, sənaye nümunəsinə dair 37 iddia sənədi, coğrafi göstəriciyə dair 2, əmtəə nişanlarına dair 3880 iddia sənədi daxil olub. Beynəlxalq əmtəə nişanları üzrə 3394 iddia sənədi təqdim edilib.

Agentlik məlumat verir ki, PCT proseduru üzrə Beynəlxalq Büroya göndərilmək üçün ixtiraya dair 7 iddia sənədi, Avrasiya Patent Təşkilatına (APT) göndərilmək üçün isə ixtiraya dair 39 iddia sənədi daxil olub. Haaqa proseduru üzrə beynəlxalq sənaye nümunələrinə dair 165 iddia sənədi üzrə axtarış aparılıb və nəticəsi müsbət olan 165 iddia sənədi barədə məlumat Agentliyin “Sənaye mülkiyyəti” bülletenində dərc edilib.

2024-cü ildə sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 128, faydalı modellərə dair 43, sənaye nümunələrinə dair isə 14 patent verilib.

Zemfira Ms
Finss.az