Britaniya Pərakəndə Ticarət Konsorsiumunun (BRC) məlumatına görə, İngiltərədə ərzaq qiymətləri fevral ayında illik müqayisədə 2,1% artıb, bu, beş ayın ən sürətli tempidir.
Finss.az xəbər verir ki, yanvarda ərzaq məhsullarının qiymətləri 1,6% artıb.
Financial Times qeyd edir ki, inflyasiya gözləntiləri ərzaq qiymətləri ilə sıx bağlıdır və bu, İngiltərə Bankının ölkədəki inflyasiyanı 2%-lik hədəfinə qaytarmaq vəzifəsini çətinləşdirə bilər. Böyük Britaniyada istehlak qiymətləri yanvar ayında 3% artıb və tənzimləyici ilin ortalarına qədər bu nisbətin 3.7%-ə qədər sürətlənəcəyini gözləyir.
Öz növbəsində, BRC-nin rəhbəri Helen Dikinson etiraf edir ki, ilin ikinci yarısında ərzaq qiymətlərində artım 4%-i keçə bilər.
Böyük Britaniyada kərə yağı, pendir, yumurta və çörək xüsusilə kəskin bahalaşıb, qəhvənin də qiymətləri artıb.