BİZNES

04 Mart

Canal+ Fransa kinosuna 480 milyon avro sərmayə qoyur

Fransız media şirkəti Canal+ Fransada film istehsalına ən azı 480 milyon avro sərmayə qoymaq niyyətində olduğunu açıqlayıb.

Finss.az xəbər verir ki, müxtəlif kino şirkətləri ilə müqavilənin şərtlərinə əsasən, Canal+ 2025-ci ildə 150 ​​milyon avro, 2026-cı ildə 160 milyon avro və 2027-ci ildə 170 milyon avro sərmayə qoyacaq.

Bunun müqabilində Canal+ və onun Cine+ telekanallar şəbəkəsi kinoteatrlarda premyeradan altı ay sonra filmləri nümayiş etdirə biləcək və həmçinin genişlənmiş filmlər kitabxanasına çıxış əldə edəcək.

Canal+ ödənişli telekanal operatorudur. Şirkət 2024-cü ildə Vivendi media holdinqindən ayrıldı və onun səhmləri dekabrın ortalarında London Fond Birjasında (LSE) ticarətə başladı.

2025-ci ilin əvvəlindən şirkətin bazar kapitallaşması 13% azalaraq 1,73 milyard funt-sterlinqə (2,2 milyard dollar) düşüb.