Finss.az - Bu ilin yanvar ayı ərzində ölkədən 6,8 milyon ABŞ dolları dəyərində 10,7 min tondan çox alma ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 10,8 faiz, həcmi isə 13,5 faiz artıb.
Qeyd edək ki, cari ilin ilk ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,23 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,79 faizə bərabər olub.