Ötən il ərzində Azərbaycandan ixrac edilən Azərbaycan mənşəli qeyri neft-qaz məhsullarının dəyəri 2,883 milyard ABŞ dolları təşkil edib.
Finss.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə ixrac edilən Azərbaycan mənşəli qeyri neft-qaz məhsullarının 1,438 milyard ABŞ dolları MDB ölkələrinin, 1,445 milyard ABŞ dolları isə digər ölkələrin payına düşüb.
Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları ixrac edilən ölkələrin ilk sırasında Rusiya qərarlaşıb. Belə ki, ötən il Azərbaycandan bu ölkəyə 1,116 milyard ABŞ dolları dəyərində Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları ixrac edilib. Rusiyandan sonra ardıcıl olaraq Ukraynaya və Türkmənistana ən çox Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları ixrac edilib. Ukraynaya ixrac edilən Azərbaycan mənşəli qeyri neft-qaz məhsullarının dəyəri 117 milyon ABŞ dolları, Türkmənistana ixrac edilən Azərbaycan mənşəli qeyri neft-qaz məhsullarının dəyəri 68 milyon ABŞ dolları təşkil edib.
Bunlarla yanaşı, bəhs olunan dövrdə Qazaxıstana 45,8 milyon dollar, Belarusiyaya 42,8 milyon dollar, Özbəkistana 35,2 milyon dollar, Tacikistana 5,5 milyon dollar, Qırğızıstana 3,2 milyon dollar, Moldovaya 2,8 milyon dollar dəyərində Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları ixrac edilib.