Çinin qısa video paylaşma xidmətinin operatoru TikTok beş il ərzində Taylandda məlumat mərkəzlərinin qurulmasına 8,8 milyard dollar sərmayə qoymağı planlaşdırır, TikTok-un ictimai siyasət üzrə vitse-prezidenti Helena Lerş cümə günü Banqkokda keçirilən tədbirdə bildirib.
Finss.az xəbər verir ki, yanvar ayında Taylandın İnvestisiya Şurası TikTok-un ölkəyə 3,8 milyard dollar investisiya yatırmaq planlarını açıqladı. Bu məbləğin Lerşin açıqladığı ümumi investisiyalara daxil edilib-edilmədiyi hələlik bəlli deyil.
TikTok-un Taylandda 50 milyondan çox istifadəçisi var.