Böyük Britaniya hökuməti NatWest-də (keçmiş Royal Bank of Scotland) ən böyük səhmdarı olmaqdan çıxıb və bankdakı payını 5,93%-ə endirib.
Finss.az xəbər verir ki, Amerika investisiya şirkəti BlackRock Inc. hazırda bankın səhmlərinin 6,4%-nə sahibdir.
"Bankın tam özəl mülkiyyətə qaytarılması hökumətlə paylaşdığımız məqsəddir və bütün maraqlı tərəflərin maraqlarına cavab verir" dedi NatWest, "Biz Xəzinədarlığın əldə etdiyi irəliləyişi alqışlayırıq".