Finss.az - 2025-ci il ərzində Özbəkistanın Daşkənd şəhərində “International Expo Group” şirkəti tərəfindən 11 beynəlxalq sərginin keçirilməsi planlaşdırılır.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, sərgilər mədənçilik, metallurgiya, xüsusi hərbi texnika və nəqliyyat, avtomobil və kimya sənayesi, tikinti texnikası və avadanlıqları, əczaçılıq, enerji, kənd təsərrüfatı texnikası, bitkiçilik, heyvandarlıq, qida sənayesi, ticarət və soyuducu avadanlıqlar, qida məhsulları və içkilər, qablaşdırma istehsalı texnologiyaları və digər sahələrə həsr olunacaq.