Finss.az - Bu ilin yanvar ayında Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 11,8 dəfə artaraq 115 milyon dolları üstələyib.
Azərbaycandan Rumıniyaya ixrac: 106,2 milyon dollar (+17,5 dəfə), Rumıniyadan Azərbaycana idxal: 8,7 milyon dollar (+2,4 dəfə)
Cari ilin ilk ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rumıniya ilə ticarətin payı 2,25 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,93 faiz bəndi çoxdur.