Ötən il Azərbaycanda hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi 411 min ton olub.
Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 54 min ton və ya 15%, son 10 ilin göstəriciləri ilə müqayisədə isə 282 min ton, yaxud da 3,2 dəfə artıb.
Belə ki, Azərbaycanda hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2023-cü ildə 357 min ton, 2015-ci ildə isə 129 min ton olub.
Son 10 ildə Azərbaycanda hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi aşağıdakı cədvəldə göstərilib.
İllər | Daşınmış yüklərin həcmi |
2024 | 411 min ton |
2023 | 357 min ton |
2022 | 407 min ton |
2021 | 557 min ton |
2020 | 458 min ton |
2019 | 183 min ton |
2018 | 208 min ton |
2017 | 173 min ton |
2016 | 160 min ton |
2015 | 129 min ton |
Qeyd edək ki, Azərbaycanda hava nəqliyyatı ilə 2025-ci ilin yanvar ayında 33,7 min ton yük daşınıb ki, bu da, illik müqayisədə 7,7% artım deməkdir.