Ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 8,621 milyon ton olub.
Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 389 min ton və ya 4,3% az, son 10 ilin göstəriciləri ilə müqayisədə isə 1,995 milyon ton, yaxud da 30,1% çoxdur.
Belə ki, Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2023-cü ildə 9,01 milyon ton, 2015-ci ildə isə 6,626 milyon ton olub.
2015-2024-cü illərdə Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin ümumi həcmi 71 milyon 582 min ton təşkil edib.
Son 10 ildə Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi aşağıdakı cədvəldə göstərilib:
İllər | Daşınmış yüklərin həcmi |
2024 | 8 621 min ton |
2023 | 9 010 min ton |
2022 | 7 519 min ton |
2021 | 5 468 min ton |
2020 | 5 982 min ton |
2019 | 5 969 min ton |
2018 | 8 236 min ton |
2017 | 8 344 min ton |
2016 | 5 807 min ton |
2015 | 6 626 min ton |
Cəmi | 71 582 min ton |
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar ayında daşınmış yüklərin həcmi 824,1 min ton təşkil edib. Bu nəqliyyat növü ilə daşınmış yüklərin həcmi əvvəlki ilin yanvar ayına nisbətən 31,2% artıb.