Ötən il Azərbaycanda qaz kəməri vasitəsilə daşımaların həcmi 29,05 milyon ton olub.
Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 766 min ton və ya 2,7%, son 10 ilin göstəriciləri ilə müqayisədə isə 13,799 milyon ton, yaxud da 90,5% çoxdur.
Belə ki, Azərbaycanda qaz kəməri vasitəsilə daşımaların həcmi 2023-cü ildə 28,284 milyon ton, 2015-ci ildə isə 15,251 milyon ton olub.
2015-2024-cü illərdə Azərbaycanda qaz kəməri vasitəsilə daşımaların ümumi həcmi 215 milyon 516 min ton təşkil edib.
Son 10 ildə Azərbaycanda qaz kəməri vasitəsilə daşımaların həcmi aşağıdakı cədvəldə göstərilib:
İllər | Daşınmış yüklərin həcmi |
2024 | 29 050 min ton |
2023 | 28 284 min ton |
2022 | 28 253 min ton |
2021 | 25 280 min ton |
2020 | 21 320 min ton |
2019 | 19 809 min ton |
2018 | 16 911 min ton |
2017 | 15 931 min ton |
2016 | 15 427 min ton |
2015 | 15 251 min ton |
Cəmi | 215 516 min ton |
Qeyd edək ki, ötən il Azərbaycanda boru kəmərləri ilə daşımaların ümumi həcmi 67,802 milyon ton olub ki, bu da, illik müqayisədə 0,3% və ya 235 min ton azdır. 2023-cü ildə Azərbaycanda boru kəmərləri ilə daşımaların ümumi həcmi 68,037 milyon ton idi.
Fuad Mədətov
Finss.az