BİZNES

26 Fevral

Azərbaycanın İrana investisiya qoyuluşu 8,3 milyon dollara çatıb

Azərbaycanın İrana yatırdığı investisiyalar son illərdə əhəmiyyətli dərəcədə artıb.

Bu barədə Finss.az Avrasiya İnkişaf Bankının (AİB) hesabatına istinadən xəbər verir.

2022-ci ilə qədər ölkəmizin İrana toplam investisiyaları 3,3 milyon dollar olduğu halda, 2024-cü ilin birinci yarısında bu rəqəm 8,3 milyon dollara yüksəlib.

Fuad Mədətov
Finss.az