BİZNES

26 Fevral

Azərbaycanın qızıl hasilatı 88,5%, gümüş isə 32,5% artıb

Bu ilin yanvar ayında ölkədə 236,2 kq qızıl və 375,8 kq gümüş hasil edilib.

Finss.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə qızıl hasilatı 88,5 faiz və ya 110,9 kq, gümüş hasilatı isə 32,5 faiz və ya 92,3 kq artıb.

Cari ilin fevral ayının 1-nə qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 207,4 kq və 625,9 kq təşkil edib.

Fuad Mədətov
Finss.az