2025-ci ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalı 106,1 milyon manat dəyərində olub.
Finss.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artım göstərir.
Tikinti materiallarının istehsalında əhəmiyyətli artım müşahidə olunub:
Sement istehsalı 328,8 min ton olub, ötən ilin yanvarı ilə müqayisədə 30,7 faiz artıb.
- Sement klinkerləri istehsalı 347,8 min kubmetrə çatıb, artım isə 0,6 faiz təşkil edib.
- Sementdən və betondan kərpiclər və oxşar məmulatların istehsalı 11,9 min ton olub, bu göstərici 35,2 faiz artıb.
- Beton istehsalı 355,4 min ton təşkil edib, artım nisbəti 5,1 faiz olub.
- Betondan yığma tikinti konstruksiyaları istehsalı 3,8 min kubmetr olub, 40,7 faiz artım qeydə alınıb.
- Tikinti kərpicləri istehsalı 57,6 min kubmetrə çatıb, bu sahədə artım 41,9 faiz təşkil edib.
- Tikinti gipsi istehsalı 6,7 min ton olub, 45,7 faiz artım göstərib.
- Asfalt istehsalı 2,5 min ton olub və 66,7 faiz artıb.
Fuad Mədətov
Finss.az