BİZNES

04 Dekabr

"Azərlizinq" və "Azərətsüd İcarə Topdansatış Birliyi" ləğv edilir

Dövlət Kontrakt Korporasiyasına (Azərkontrakt) bağlı olan İxtisaslaşmış "Azərlizinq" şirkəti və Azərətsüd İcarə Topdansatış Birliyi ləğv olunur.

Fins.az, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir ki, "Azərlizinq" şirkəti 2007-ci ildə dövlət qeydiyyatına alınıb və şirkətin qanuni təmsilçisi Əliyev Əhliyət İbrahim oğludur. Kreditorlar, şirkətin ləğv edilməsinin ardından, tələblərini iki ay ərzində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 108 ünvanına bildirə bilərlər.

Azərətsüd İcarə Topdansatış Birliyi də 2007-ci ildə dövlət qeydiyyatına alınıb və bu birliyin qanuni təmsilçisi Fərəcullayev Əliheydər Şamil oğludur. Kreditorlar bu təşkilatla bağlı tələblərini Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 6-cı köndələn küçəsi, mənzil 2 ünvanına bildirə bilərlər.

Bundan əlavə, Azərkontrakt Açıq Səhmdar Cəmiyyətinin də ləğv olunmasına başlanıldığı bildirilir.