BİZNES

04 Dekabr

İtaliyadan Azərbaycana idxal 10 faizdən çox artıb

Bu ilin ilk on ayında İtaliyadan Azərbaycana idxalın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çox artıb.

Fins.az xəbər verir ki, bunu İtaliya Ticarət Agentliyinin (İTA) direktoru Andrea Makkaniko, İtaliya səfirliyi və İtaliya Ticarət Agentliyinin (ITA) birgə təşkilatçılığı ilə keçirilən İtalyan Mətbəxi Həftəsinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib.

Makkaniko əlavə edib ki, son üç il ərzində bu artım 15 faizdən çox olub və İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. O, xüsusilə içkilər, şərab və digər aqrar-ərzaq məhsullarında əhəmiyyətli artımın müşahidə edildiyini vurğulayıb.

O, həmçinin bildirib ki, bu əlaqələrin təşviq edilməsi məqsədilə İtalyan Mətbəxi Həftəsi kimi təşəbbüslər və digər layihələr vasitəsilə fəal şəkildə dəstək verilir. Bu tədbir çərçivəsində master-klasslar keçiriləcək və gələn həftə İtaliya və Azərbaycan mədəniyyətinə həsr olunmuş görüş təşkil olunacaq.