2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Azərbaycana mebel ixracı 1,7 faiz azalaraq 138,9 milyon dollara çatıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi bildirib.
Bu ilin noyabr ayında isə Türkiyə Azərbaycana 15 milyon dollar məbləğində mebel ixrac edib, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 28,8 faiz azdır.
Qeyd edək ki, ümumilikdə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin mebel ixracı 1,6 faiz azalaraq 7 milyard 862 milyon 258 min dollar təşkil edib.
Noyabr ayında isə Türkiyə 671 milyon 664 min dollar məbləğində mebel ixrac edib ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 2,2 faiz azdır.