BİZNES

04 Dekabr

Bakıdakı "Landmark" Biznes Mərkəzi 120 milyon manat qiymətlə satışa çıxarılıb

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli "Landmark" Biznes Mərkəzi satışa çıxarılıb.

Fins.az elektron hərrac platformasına istinadən xəbər verir ki, hərrac 2024-cü ilin dekabrın 22-də baş tutacaq.

32 653.75 kvadrat metrlik bu qeyri-yaşayış binasının likvid qiyməti 120 milyon manat olaraq təyin edilib. Hərracda iştirak haqqı 15 manat, iştirak üçün behin məbləği isə 6 milyon manat olaraq müəyyənləşdirilib.

Hərrac açıq auksion formasında elektron qaydada keçiriləcək.