Bu ilin yanvar ayında Azərbaycanda 29,7 min ton polad tökmə və 13,9 min ton polad borular istehsal edilib.
Finss.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə polad tökmə istehsalı 3,5 faiz və ya 1 min ton, polad boruların istehsalı isə 3,9 dəfə və ya 10,3 min ton artıb.
Cari ilin fevral ayının 1-nə polad tökmə və polad borular üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 4,3 min ton və 3,7 min ton təşkil edib.
Fuad Mədətov
Finss.az