BİZNES

24 Fevral

Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 11,9 dəfə artıb

2024-cü ilin yanvar ayında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi ümumi həcmi 193,9 milyon dollar-ı üstələyib.

Finss.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətdə 11,9 dəfə artım nümayiş etdirir.

İxrac – İdxal:

  • Azərbaycandan Böyük Britaniyaya ixrac: 73,5 milyon dollar (+165,8 dəfə)
  • Böyük Britaniyadan Azərbaycana idxal: 120,4 milyon dollar (+7,6 dəfə)

Ticarətin ümumi payı: Bu ilin ilk ayında, Azərbaycanın ümumi ticarət dövriyyəsində Böyük Britaniya ilə ticarətin payı 3,81 faiz təşkil edib, bu da bir il əvvəlki göstəricidən 3,27 faiz bəndi çoxdur.

Fuad Mədətov
Finss.az