Bu ilin yanvar ayında Azərbaycandan 7,39 milyon ABŞ dolları dəyərində 8 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər və həcm ifadəsində 2,8 dəfə çoxdur.
Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,24 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3 faizə bərabər olub.
Fuad Mədətov
Finss.az