BİZNES

24 Fevral

Yanvar ayında Çin avtomobilləri yeni avtomobil bazarının yarısını ələ keçirdi

Yeni Çin avtomobilləri 2025-ci ilin yanvarında Rusiya bazarının 54,9%-ni tutdu. Çindən avtomobillərin satışı 48,9%-ə çatıb (illik göstərici ilə +1,2%) Çin brendləri arasında satış lideri Haval olub - 11,9 min avtomobil (+23%). Chery Geely-ni ikinci yerdən sıxışdırıb.

Finss.az xəbər verir ki, onlar müvafiq olaraq 8,9 min (+2%) və 6,2 min avtomobil (-31%) satıblar. Changan satışları 5 min ədəd, Omoda - 2,3 min ədəd təşkil edib.

Ümumilikdə, Avtostatın məlumatına görə, 2025-ci ilin yanvar ayında 89 min yeni minik avtomobili satılıb. Ötən ilin eyni ayı ilə müqayisədə bu rəqəm 11% artıb.