BİZNES

21 Fevral

Brent markalı neftin bir barreli 75,84 dollara düşüb

Finss.az xəbər verir ki, neft qiymətləri cümə günü enişini sürətləndirdi, lakin həftəni müsbət sahədə başa vura bilər.

Bakı vaxtı ilə saat 13:45-də Londonun ICE Futures birjasında Brent markalı aprel fyuçersləri 0,64 dollar (0,84%) ucuzlaşaraq bir barel üçün 75,84 dollar olub. Bu vaxta qədər WTI markalı neftin aprel fyuçersləri NYMEX birjasında 0,68 dollar (0,94%) ucuzlaşaraq 71,8 dollar/barelə bərabər olub.

Son beş gündə Brent markalı neftin qiyməti 1,6%, WTI qiymətləri isə 1,8% artıb.

ABŞ-ın neft ehtiyatlarına dair həftəlik məlumatlar kotirovkalara aşağı istiqamətli təzyiq göstərir. ABŞ Energetika Nazirliyinin məlumatına görə, ölkədəki kommersiya neft ehtiyatları ötən həftə 4,63 milyon barel artıb. Ekspertlər 3 milyon barel artım gözləyirdilər.

Benzin ehtiyatları 151 min barel, distillə ehtiyatları 2,05 milyon barel azalıb. Analitiklər benzin ehtiyatlarının 1 milyon barel, distillə ehtiyatlarının isə 1,5 milyon barrel azalacağını proqnozlaşdırmışdılar.

ABŞ-ın xam neft idxalı sutkada 488 min barel azalıb, ixrac isə 472 min barel artaraq 960 min barel və ya 6,72 milyon barel olub.