BİZNES

21 Fevral

Repsol illik xalis mənfəətini 45% azaldır

İspaniyanın Repsol şirkəti 2024-cü ildə xalis mənfəətini 45% azaldaraq 1,756 milyard avroya çatdırıb.

Finss.az xəbər verir ki, düzəliş edilmiş xalis mənfəət 34% azalaraq 3,327 milyard avroya düşüb.

“2024-cü ildə mənfəətə çətin geosiyasi vəziyyət, neft, təbii qaz və elektrik enerjisinin aşağı qiymətləri, neft emalı biznesində orta gəlirlilik və kimya bölməsində aşağı marja mənfi təsir göstərib”, - deyə məlumatda bildirilir.

Repsol hər səhmə görə 0,9 avro dividend ödəyib ki, bu da 2023-cü il üçün dividenddən təxminən 30% çoxdur. Ümumilikdə şirkət səhmdarlara ödəmək üçün 1,928 milyard avro ayırıb.

2024-cü ildə şirkət İspaniya büdcəsinə 8,427 milyard avro məbləğində vergi ödəyib, eyni zamanda dördüncü rüb üçün borcunu 524 milyon avro azaltmağa nail olub.

2025-ci ilin əvvəlindən Repsolun bazar kapitallaşması 11% artaraq 15,05 milyard avroya çatıb.