Dünya Halal Sammitində Azərbaycanın İslam həmrəyliyi irsinə verdiyi töhfələr qeyd edilib.
İstanbulda 10-cu Dünya Halal Sammiti və sammit çərçivəsində “MÜSİAD EXPO” 20-ci Beynəlxalq Ticarət və “Halal Expo” sərgiləri keçirilib.
Fins.az xəbər verir ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə Azərbaycanı təmsil edib. Sammitdə ölkəmizin İslam Konfransı Təşkilatının missiya və prinsiplərinə göstərdiyi hörmət, eyni zamanda zəngin tarixi və mədəni dəyərləri ilə Azərbaycanın İslam həmrəyliyi irsinə verdiyi töhfələr diqqətə çatdırılıb. Təşkilata üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin və biznesin inkişafı üçün prioritet istiqamətlər qeyd olunub.
Bundan başqa, halal sənayenin davamlı inkişafı üçün əməkdaşlığın və innovasiyaların vacibliyi qeyd edilib, bu sektorun gələcək inkişafında etik standartların və texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməli olduğu vurğulanıb. Yaşıl texnologiyaların tətbiqinin ətraf mühitə təsirini əhəmiyyətli dərəcədə azalda biləcək təşəbbüslərin və alətlərin dəstəklənmısinin vacibliyi qeyd olunub.
Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sammit çərçivəsində keçirilən “MÜSİAD EXPO” 20-ci Beynəlxalq Ticarət, “Halal Expo” sərgiləri və Azərbaycan stendləri ilə tanış olublar.
Zemfira Ms
Fins.az