Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 50 ölkəsinə 15,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Bu barədə Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac İcmalı”na istinadən xəbər verir.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 74%-ni təşkil edib. 2024-cü ilin oktyabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4.9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,2 milyon ABŞ dolları ilə Lüksemburq, 781.4 min ABŞ dolları ilə BƏƏ, 560 min ABŞ dolları ilə Pakistan, 547.2 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
Fuad Mədətov
Fins.az