ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə 4,63 milyon barel artaraq 432,49 milyon barrelə çatıb. Bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.
Finss.az xəbər verir ki, benzin ehtiyatları 151 min barel azalaraq 247,9 milyon barelə düşüb.
Kommersiya distillə ehtiyatları 2,05 milyon barel azalaraq 116,56 milyon barelə düşüb.
Mütəxəssislər neft ehtiyatlarının 3 milyon barel artacağını, benzin ehtiyatlarının 1 milyon barrel, distillə ehtiyatlarının isə 1,5 milyon barel azalacağını gözləyirdilər.