BİZNES

02 Dekabr

Azərbaycanın Afrika ölkələri ilə ticarət dövriyyəsi 4 dəfədən çox artıb

Fins.az - Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Afrika ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 4,1 dəfəyədək artaraq 375,8 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Afrika ölkələrinə ixrac: 290,1 milyon dollar (+5,2 dəfə)
Afrika ölkələrindən Azərbaycana idxal: 85,7 milyon dollar (+2,3 dəfə)

Ümumi ticarət dövriyyəsindəki payı:

Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Afrika ölkələri ilə ticarətin payı 0,95 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,74 faiz bəndi çoxdur.