2025-ci ilin yanvar ayında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 2,9 dəfə artaraq 2,6 milyard dolları keçib.
Finss.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Azərbaycandan Aİ ölkələrinə ixrac 2,4 milyard dollar (+3,3 dəfə artım) təşkil edib. Aİ ölkələrindən Azərbaycana idxal isə 212,7 milyon dollar (+19,8% artım) olub.
Cari ilin ilk ayının nəticələrinə görə, Aİ ölkələri ilə ticarət ölkənin ümumi ticarət dövriyyəsində 51,44%-lik paya sahibdir ki, bu da bir il öncəki dövrün göstəricisindən 21,1 faiz bəndi çoxdur.
Fuad Mədətov
Finss.az