BİZNES

20 Fevral

Azərbaycanda elektrik enerjisi istehsalı artıb: Yaşıl enerjinin payı 11%-ə çatıb

Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi istehsalı 2 493,4 milyon kVt·st təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artım deməkdir.

Finss.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yayımladığı məlumatda qeyd olunub.

Məlumata görə, istilik elektrik stansiyalarında 2 224,9 milyon kVt·st elektrik enerjisi (-0,2%), bərpa olunan enerji mənbələrindən isə 268,5 milyon kVt·st (+55,8%) elektrik enerjisi istehsal edilib.

Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı:

  • Su elektrik stansiyaları – 218,3 milyon kVt·st (+68,7%)
  • Külək elektrik stansiyaları – 2,9 milyon kVt·st (-50%)
  • Günəş elektrik stansiyaları – 26,4 milyon kVt·st (+45%)
  • Bərk məişət tullantılarının yandırılması zavodu – 20,9 milyon kVt·st (+10,6%)

2025-ci ilin yanvar ayında elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 11% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz bəndi artım deməkdir.

Fuad Mədətov
Finss.az