Finss.az xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriev çərşənbə axşamı Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə danışıqlara başlamazdan əvvəl jurnalistlərə bildirib ki, Amerika biznesləri Rusiya bazarını tərk etdikləri üçün 300 milyard dollardan çox itiriblər.
"Müzakirələrin iqtisadi aspektinə mən cavabdeh olacağam. Və indi ilk dəfə səsləndirdiyimiz rəqəm ondan ibarətdir ki, Amerika biznesi Rusiya bazarını tərk edərək 300 milyard dollardan çox itirib", - Dmitriyev bildirib.
“Müvafiq olaraq, birgə iqtisadi yolların, məsələlərin müsbət həllinin tapılması, əsasən ABŞ və Rusiya bazarının son dərəcə cəlbedici olduğunu və orada iştirak etməyin zəruri olduğunu başa düşməyə başlayan bir çox digər ölkələr üçün son dərəcə vacibdir”, - Dmitriyev yekunlaşdırıb.