BİZNES

18 Fevral

Neft bahalaşıb, Brent 75,4 dollar/barelə satılır

Çərşənbə axşamı səhər sərmayəçilər OPEC+ ölkələrində hasilat perspektivlərini dəyərləndirərkən neft qiymətləri yüksəlir.

Finss.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:14-ə 75,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,19 dollar (0,25%) çoxdur. Bazar ertəsi bu müqavilələr 0,48 dollar (0,6%) artaraq 75,22 dollar/barelə çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarət meydançasında mart ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,73 dollar (1,03%) bahalaşaraq 71,47 dollar/barelə çatıb. Bir gün əvvəl NYMEX-də əsas hərraclar bayram (Prezidentlər Günü) ilə əlaqədar keçirilməyib və ötən cümə günü mart müqavilələrinin dəyəri 0,55 dollar (0,8%) ucuzlaşaraq bir barel üçün 70,74 dollar olub.

Bloomberg bazar ertəsi bir neçə nümayəndəyə istinadən xəbər verir ki, OPEC+ ölkələri ABŞ prezidenti Donald Trampın hasilatı artırmaq çağırışlarına baxmayaraq, aprel ayından neft hasilatının artırılmasını təxirə salmaq qərarını nəzərdən keçirir.