BİZNES

28 Noyabr

Azərbaycanda 40 Latviya şirkəti fəaliyyət göstərir: Şirkətlərin sayı artırılacaq

Azərbaycanda təxminən 40 Latviya şirkətinin fəaliyyət göstərir.

Fins.az xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, "Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü" tədbirində çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu göstəricinin artırılması mümkündür və bunun həm ikitərəfli əlaqələrin gücləndirilməsi, həm də ticarət dövriyyəsinin genişləndirilməsi və şirkətlərin fəaliyyətinin artırılması ilə bağlıdır.

Y.Abdullayev, həmçinin, 2023-cü ildə Azərbaycan nümayəndə heyətinin "Riga Food" sərgisində iştirak etdiyini, 2024-cü ildə isə ölkənin bütün resurslarını COP29-a hazırlıq işlərinə yönəltməsi səbəbindən beynəlxalq sərgilərdə iştirak etmədiyini bildirib. Lakin, 2025-ci ildə "Riga Food" sərgisində iştirak etməyi planlaşdırdıqlarını və bunun ikitərəfli əlaqələrin inkişafı üçün mühüm platforma olacağını qeyd edib.

Bundan əlavə, Latviya ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda ənənəvi kənd təsərrüfatı sərgisi və buna bənzər tədbirlər təşkil ediləcək. Bu tədbirlərdən sonra "Riga Food" sərgisində daha fəal iştirak gözlənilir. 2025-ci ildə Latviya Ticarət və Sənaye Palatası və digər platformalarla bir sıra tədbirlərin də planlaşdırıldığı vurğulanıb.