BİZNES

28 Noyabr

"LEF Network Azerbaijan" layihəsi Azərbaycanda 4 sektoru inkişaf etdirmək üçün mövcud potensialı artırır - Liqa Siçeva

“LEF Network Azerbaijan” layihəsi Azərbaycanda İKT, yaşıl texnologiyalar, təhsil, interyer dizaynı və ticarət əlaqələrinin inkişafını dəstəkləyir.

Fins.az-ın məlumatına görə, bunu Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihələri departamentinin direktoru Liqa Siçeva Bakıda keçirilən "Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü" tədbirində bildirib.

Liqa Siçeva qeyd edib ki, Latviya Ticarət və Sənaye Palatası “LEF Network Azerbaijan” layihəsində əsas aparıcı tərəfdaş rolunu oynayır. Layihənin hazırda aralıq mərhələdə olduğunu, lakin 2025-ci ildə başa çatmasının planlaşdırıldığını bildirib.

O, layihənin bitməsinin yalnız bir son nöqtə olmadığını, bunun əksinə, ölkələr arasında biznes əlaqələrini inkişaf etdirmək istəyən şirkətlər üçün yeni imkanlar yaradacağını vurğulayıb. Həmçinin, KOBİA və AZPROMO ilə əməkdaşlıq etmək istədiklərini və layihə tamamlandıqdan sonra biznesi dəstəkləmək və milli bazarlara çıxışı təmin etmək məqsədilə Əməkdaşlıq Memorandumları imzalamağa hazır olduqlarını qeyd edib.