BİZNES

17 Fevral

Azərbaycanda sənaye zonalarında avtomobil istehsalı 6 il ərzində 442 milyon manatı ötüb

2018-ci ildən 2024-cü ilə qədər İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında ümumilikdə 442,5 milyon manat dəyərində avtomobil istehsal edilib.

Fins.az Agentliyin məlumatına istinadən xəbər verir ki, təkcə 2023-cü ildə Hacıqabul Sənaye Parkında 107,5 milyon manat dəyərində 3 761 ədəd, Neftçala Sənaye Məhəlləsində isə 54,65 milyon manat dəyərində 2 182 ədəd avtomobil istehsal olunub. Avtomobil istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 34% artıb.

Bu dövrdə sənaye zonalarında Chevrolet, Isuzu, VGV, UAZ, Lada, Khazar və digər markalara məxsus avtomobillər istehsal edilib.

Fuad Mədətov
Finss.az