Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal ilə görüşüb.
Finss.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüşdə SOCAR ilə AİB arasında mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib. Söhbət zamanı enerji sektorunda davamlı inkişafın təmin edilməsi və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinə dair məsələlər müzakirə edilib.
SOCAR prezidenti rəhbərlik etdiyi qurumun dekarbonizasiya hədəfləri, dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat verilib. Tərəflər bərpaolunan enerji layihələrinin inkişafı, karbon emissiyalarının azaldılması istiqamətlərində əlaqələrin genişləndirilməsi, enerji sektorunda davamlı inkişafı təmin olunması məqsədilə təcrübə mübadilələrinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Fuad Mədətov
Finss.az
