BİZNES

27 Noyabr

Karbonsuzlaşma üçün yeni sənaye və bazarlar formalaşır - Mikayıl Cabbarov

Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq yaşıl artıma və qlobal emissiyaların azalmasına töhfə verəcək

Fins.az xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin əməkdaşlığı əsasında hazırlanaraq COP29-da təqdim olunan Yaşıl artım portalı (//growthlab.app/greenplexity) ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək.

Universitetin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın rəhbərliyi ilə yaradılmış interaktiv alət yaşıl dəyər zənciri üzrə tədqiqat məlumatlarını əhatə edir. Yaşıl artım portalı karbonsuzlaşmaya xidmət edən yeni sənaye sahələrinin, yeni bazarların və inkişaf istiqamətlərinin formalaşmasını stimullaşdıracaq.

Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq yaşıl artıma və qlobal emissiyaların azalmasına töhfə verəcək”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, noyabrın 15-də Bakıda COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal “Yaşıl artım portalı”nın təqdimatı keçirilib. Layihənin 2025-ci ildə tam olaraq fəaliyyətə başlaması planlaşdırılır. Portaldan istifadə ödənişsiz olacaq.

Fuad Mədətov
Fins.az