BİZNES

27 Noyabr

Azərbaycan Rusiyada Beynəlxalq Ticarət və Logistika Forumunda təmsil olunacaq

Azərbaycan 2024-cü il dekabrın 5-6-da Ulyanovsk şəhərində keçiriləcək “Rusiyada işgüzar mühit” Biznes Forumu çərçivəsində keçiriləcək “Orta Volqa - Xəzər dənizi” Beynəlxalq Ticarət və Logistika Forumunda təmsil olunacaq.

Fins.az xəbər verir ki, forum, Rusiya ilə Xəzər regionu ölkələri, o cümlədən, Azərbaycan, Türkmənistan, İran və İraq arasında ticarət-iqtisadi əlaqələrin inkişafına yönəlib. Tədbirdə Orta Volqa limanlarından malların Fars körfəzinə birbaşa çatdırılmasını təmin edən “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi xüsusi vurğulanacaq. Bu layihə ticarət əlaqələrinin və logistika infrastrukturunun möhkəmləndirilməsinə imkan verəcək.

Forumda cənub ölkələrinə yük daşıyan aparıcı nəqliyyat və logistika şirkətləri, maliyyə xidmətləri göstərən şirkətlər, gəmi sahibləri və liman idarələrinin nümayəndələri iştirak edəcəklər. Tədbir, logistika və yüklərin daşınması sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq üçün yeni imkanların tapılmasına xidmət edəcək.

Forum Ulyanovsk vilayəti hökuməti və “Afanasi Nikitin” Assosiasiyası tərəfindən təşkil olunacaq.