BİZNES

27 Noyabr

Azərbaycanda karbon emissiyasına qarşı qiymət alətlərinin tətbiqi üzərində iş gedir - Samirə Musayeva

Azərbaycanda ekoloji vergilərin yenilənməsi istiqamətində müzakirələr aparılır.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

O bildirib ki, karbon emissiyalarına vergilərin tətbiqi də geniş müzakirə olunur. Samirə Musayeva qeyd edib ki, Milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) çatmaq və karbon emissiyalarını azaltmaq məqsədilə qiymət alətlərinin tətbiqi üzərində iş aparılır və bunlar öyrənilir.

Dövlət Vergi Xidmətinin rəis müavini, vergi ödəyicilərini əmin etmək istəyir ki, yeni vergi tətbiq ediləcəyi təqdirdə sahibkarlığın inkişafına mane olmayacaq. Bununla yanaşı, müzakirələrdə əhalinin təsirinin minimallaşdırılması və istehlak xərclərinin artmaması məsələləri də nəzərdən keçirilir. Həmçinin, mikrosahibkarlara yüklənəcək vergi yükünün yüksək olmaması üçün ciddi təhlillər aparılır. Əsas məqsəd, sənayenin və ümumilikdə sahibkarlığın inkişafını məhdudlaşdırmayan karbon emissiyası üzərində vergi tutma modellərinin işlənib hazırlanmasıdır.