2024-cü il yanvarın 1-nə Azərbaycanda elektrik mühərrikli minik avtomobillərinin sayı 5941 ədədə çatıb.
Finss.az-ın Dövlət Statistika Komitəsinin yayımladığı məlumata əsasən verdiyi xəbərə görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən əhəmiyyətli artım nümayiş etdirir.
Qeyd edək ki, 2024-cü ilin yanvarın 1-nə ölkədə 3115 elektromobil mövcud olub.
Bundan əlavə, ötən il Azərbaycana ümumilikdə 91,8 min nəqliyyat vasitəsi idxal edilib. Bu rəqəmin 3027 ədədi elektromobillər, 26 min 197 ədədi isə hibrid nəqliyyat vasitələri olub.
Fuad Mədətov
Finss.az