BİZNES

12 Fevral

ABŞ Energetika Departamenti 2025-ci il üçün Brent qiyməti proqnozunu bir qədər yüksəltdi

Departamentin Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq proqnozuna əsasən, ABŞ Energetika Nazirliyi 2025-ci il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 74,31 dollar/bareldən 74,5 dollara qaldırıb.

Finss.az xəbər berir ki, 2026-cı il üçün proqnoz dəyişməz olaraq 66,46 dollar/barel səviyyəsində qalır.

Xəbər verildiyi kimi, 2024-cü ilin sonuna EIA Brent neftinin orta qiymətini 80,56 dollar/barel səviyyəsində qiymətləndirib.