BİZNES

23 Noyabr

Britaniyada “Apple” və “Google”-a qarşı yeni təhqiqat nəzərdən keçirilir

Fins.az - “Financial Times”-ın verdiyi məlumata əsasən, Britaniyanın Rəqabət və Bazarlara Nəzarət İdarəsi (CMA) Amerikanın “Apple Inc.” və “Alphabet” Inc.”-in bir hissəsi olan “Google” şirkətlərinə qarşı araşdırmaya başlaya bilər.

Tənzimləyici qurum müəyyən etmişdi ki, “Apple”-ın siyasəti “iPhone” üçün üçüncü tərəf brauzerlərində yeni funksiyaların tətbiqini çətinləşdirir və standart brauzerin sürəti və imkanları proqram tərtibatçılarına uyğun gəlmir.

CMA həmçinin müəyyən edib ki, “Google” və “Apple” arasında gəlir bölgüsü sazişi "iOS mobil brauzer bazarında rəqabət aparmaq üçün şirkətləri maliyyə həvəslərini əhəmiyyətli dərəcədə azaldır".

İdarə rəyləri toplayacaq və sonra isə tam araşdırma aparıb-aparmayacağı ilə bağlı qərar verəcək. “Apple”, CMA yoxlamasının nəticələri ilə razılaşmadığını açıqladı.

Qeyd etmək lazımdır ki, cümə günü ticarət zamanı “Apple” səhmlərinin dəyəri 0.3% artıb, “Alphabet”-in səhmlərinin qiyməti isə 1.7% ucuzlaşıb.