İqtisadiyyat naziri Mikayıl Cabbarov "PowerChina Resources Ltd." şirkətinin Prezidenti Yanq Tianfu ilə görüşdə “yaşıl enerji” sahəsində potensial əməkdaşlığı müzakirə edib.
Fins.az xəbər verir ki, bu barədə nazir öz "X" hesabında məlumat verib:
"PowerChina Resources Ltd." şirkətinin prezidenti Yanq Tianfu ilə keçirdiyimiz görüşdə “yaşıl enerji” sahəsində potensial işbirliyi, ölkəmizin əlverişli biznes mühitindən yararlanmaq və birgə investisiya layihələrinin reallaşdırılması imkanları barədə müzakirələr apardıq”, - deyə paylaşımda qeyd olunub.
Fuad Mədətov
Fins.az