BİZNES

30 Oktyabr

Azərbaycanda topdan internet təchizatının etibarlı mənbəyi - AzerTelecom

AzerTelecom MMC beynəlxalq internet trafikini Azərbaycana gətirərək yerli internet provayderlərinə yüksək keyfiyyətli və tam mühafizə olunmuş topdan internet xidməti təklif edir. Şirkət bu xidmət üçün lazımi lisenziyaya sahibdir və müxtəlif istiqamətlərdə etibarlı rabitə bağlantıları ilə təmin olunub.

Fins.az xəbər verir ki, AzerTelecom-un topdan internet satış xidmətləri, ölkədə fəaliyyət göstərən provayderlərə sabit və etibarlı internet təchizatı təklif edir. Şirkətin internet infrastrukturu, Rusiyadan Gürcüstana, Türkiyədən İrana qədər fərqli istiqamətlərdə bağlantılar quraraq məlumatların fasiləsiz və təhlükəsiz ötürülməsinə zəmanət verir. Müxtəlif istiqamətli bağlantılar internetin dayanıqlığını artıraraq istifadəçilərin internet təcrübəsini optimallaşdırır.

AzerTelecom-un topdan internet satış xidməti, yerli internet provayderlərinə keyfiyyətli internet təchizatı təklif edərək, Azərbaycanın rəqəmsal inkişafını dəstəkləyir və internetin keyfiyyətini yüksəldir.

AzerTelecom MMC, 2008-ci ildən fəaliyyət göstərən və Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet operatorudur.

Şirkət “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Fuad Mədətov
Fins.az