BİZNES

30 Oktyabr

İT və biznes həlləri ilə gələcəyi yaratmaq - Competo

“Competo” Məhdud Məsuliyyətli Cəmiyyəti, geniş profilli İT və biznes həlləri təqdim edərək müştərilərin iş proseslərini optimallaşdırır. Şirkət, müştəri bazasının gəlirliliyi üzrə idarəetmə proseslərini tətbiq edərək müasir CRM platformaları yaradır.

Fins.az xəbər verir ki, Data Science texnologiyasına əsaslanan bu sistem, müştəri məlumatlarının daha effektiv şəkildə idarə olunmasına imkan tanıyır. "Competo"nun innovativ yanaşması ilə müştəri münasibətləri daha da güclənir, bizneslərin bazar dinamikasına sürətli uyğunlaşması təmin olunur.

Böyük məlumatların (big data) təhlili ilə, şirkət müştərilərin davranışlarını proqnozlaşdırmağı və marketinq strategiyalarını optimallaşdırmağı bacarır. Bu da müştəri məmnuniyyətinin artırılmasına və nəticədə biznesin gəlirlərinin yüksəlməsinə səbəb olur. “Competo” MMC, müasir texnologiyalarla biznes həllərinin integrasiyasını həyata keçirərək, müştərilərinə dayanıqlı inkişaf üçün zəruri olan alətləri təqdim edir.

Competo — pərakəndə banklar və riteyl şirkətlər ilə əməkdaşlıq edən və ən müasir maliyyə və İT texnologiyaları əsasında fiziki şəxslərə maliyyə xidmətlərinin göstərilməsi sahəsində uğurlu biznesin qurulmasına yardım edən yenilikçi şirkətdir.

“Competo” MMC-də (Umico layihəsi) “PASHA Holding” MMC-yə məxus şirkətdir.

Fuad Mədətov
Fins.az