BİZNES

28 Oktyabr

Dekorativ səki daşları və beton məmulatları üçün ideal seçim: KLASS C500 Sement

Norm Sement zavodu, inşaat sektorunun ehtiyaclarına cavab verən yeni məhsulunu təqdim edir.

Fins.az xəbər verir ki, KLASS C500 CEM II/A-P 42,5 R müstəsna dayanıqlı pussolan əlavəli Portland sement, yüksək möhkəmlikli betonlar və beton konstruksiyalar üçün nəzərdə tutulub.

KLASS C500 sementinin istifadəsi aşağıdakı sahələrdə geniş yayılıb:

  • Yer daşları
  • Dekorativ səki daşları
  • Bordyürlər
  • Yüksək möhkəmlikli beton bloklar
  • Bütün növ beton məmulatları

Məhsulun bir sıra üstünlükləri vardır:

  • Yüksək ilkin və son möhkəmlik
  • İşlərin tez başa çatdırılması, vaxt və vəsaitə qənaət
  • Portland sementin tətbiqinin yararlı olduğu bütün sahələrdə istifadə imkanı

KLASS C500 sementinin əsas kimyəvi və fiziki xüsusiyyətləri aşağıdakı kimidir:

  • SO3 (%): < 3.0
  • Cl (%): < 0.03
  • 2 günlük möhkəmlik (MPa): > 25.0
  • 7 günlük möhkəmlik (MPa): > 39.0
  • 28 günlük möhkəmlik (MPa): > 50.0
  • Tutma vaxtının başlanğıcı (dəq): > 160
  • Həcmi genişlənmə (mm): 0-1

Məhsul 40 kq kisələrdə təqdim olunur.

Norm Sement zavodu, sement istehsalında keyfiyyət və etibarlılığı ilə tanınır. KLASS C500 sementi, yüksək dayanıqlıq və mükəmməl performans təqdim edərək, tikinti işlərində müştərilərə effektiv həllər təmin edir. Bu yeni məhsul, inşaat sektorunun tələblərinə cavab verməklə yanaşı, layihələrin uğurla həyata keçirilməsinə dəstək verir.

Fuad Mədətov
Fins.az