BİZNES

25 Oktyabr

Müasir biznes üçün çoxkanallı satış həlləri -Competo

“Competo” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC), geniş profilli İT və biznes həlləri təqdim edən bir şirkət olaraq, müasir biznes mühitində çoxkanallı satış sistemlərinin yaradılması və idarə edilməsində ixtisaslaşır.

Fins.az xəbər verir ki, “Competo”, müştərilərinin tələblərinə uyğun olaraq, oflayn şəbəkələr, fəal satıcılar komandası, tərəfdaş kanallar, əlaqə mərkəzləri və onlayn kanallar vasitəsilə inteqrasiya olunmuş çoxkanallı satış sistemləri qurur. Bu yanaşma, müştərilərə müxtəlif kanallar üzərindən xidmət etməyə imkan tanıyır, eyni zamanda satış proseslərini optimallaşdırır.

Şirkət, çoxkanallı satış sistemlərinin effektiv idarə olunmasını təmin edərək, müştəri əlaqələrinin gücləndirilməsinə və satışların artırılmasına kömək edir. “Competo”, müştəri məmnuniyyətini artırmaq üçün müasir texnologiyaları və strateji yanaşmaları bir araya gətirir.

“Competo” MMC, çoxkanallı satış sistemlərinin yaradılması ilə müştərilərinin biznes fəaliyyətlərini daha səmərəli və effektiv şəkildə idarə etmələrinə imkan tanıyır. Şirkət, müasir satış strategiyalarını tətbiq edərək, müştərilərin bazar tələblərinə uyğunlaşmalarını təmin edir.

Competo — pərakəndə banklar və riteyl şirkətlər ilə əməkdaşlıq edən və ən müasir maliyyə və İT texnologiyaları əsasında fiziki şəxslərə maliyyə xidmətlərinin göstərilməsi sahəsində uğurlu biznesin qurulmasına yardım edən yenilikçi şirkətdir.

“Competo” MMC-də (Umico layihəsi) “PASHA Holding” MMC-yə məxus şirkətdir.

Fuad Mədətov
Fins.az