BİZNES

24 Oktyabr

Azərbaycanın BRICS ölkələri ilə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın BRICS ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 11,8 faiz artaraq 7,78 milyard dolları üstələyib.

Fins.az xəbər verir ki, cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində BRICS ölkələri ilə ticarətin payı 22,55 faiz təşkil edib ki, bu da bir öncəki göstəricidən 4,75 faiz bəndi çoxdur.

Qeyd edək ki, 9 ölkənin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və BƏƏ) daxil olduğu BRICS təşkilatı 2006-cı ildə yaradılıb.