BİZNES

24 Oktyabr

Sahibkarlar iqtisadi konqresə dəvət olunurlar

Bu ilin 21-22 noyabr tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BRICS dövlətlərinin VI Beynəlxalq Bələdiyyə Forumunun İqtisadi Konqresi keçiriləcək.

Fins.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) "Əhalinin sağlamlığının qorunması" mövzusuna həsr olunacaq konqresin işgüzar proqramında ekologiya, turizm, dayanıqlı inkişaf, təhsil, mədəniyyət, gənclər siyasəti, idman, diplomatiya və digər istiqamətlərdə sessiyaların təşkil edilməsi nəzərdə tutulub. Tədbir çərçivəsində B2B və B2G görüşlərin keçirilməsi planlaşdırılır.

Forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: [email protected]

Tel.: +7 (961) 615-89-19